Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“CinemaPlus”da “Üçlü pürüz” Türkiyə komediyasının nümayişi başlayır
“CinemaPlus” kinoteatrlar şəbəkəsində aprelin 27-dən etibarən “Üçlü pürüz” Türkiyə komediya filminin nümayişi başlayır.
Rejissor: Vedat Uyar.
Baş rollarda: Hakan Altıner, Selim Erdoğan, Deniz Gündoğdu.
Filmin yaş həddi 18+ təyin olunub.
Film haqqında qısa məlumat: Fatih və Eda ailələrindən gizli evlənirlər. Cütlük evləndiklərinin məlum olmasından əvvəl Adanaya gedərək, orada saxta nikah qıymağı planlaşdırır. Bu məqsədlə də, əslində, bank işçisi olan dostları Serhatdan saxta nikah məmuru, Hakan və Utkudan da nikah şahidi olmalarını istəyirlər. Birlikdə Adanaya yola çıxan qrup səyahət zamanı avtomobillərinin oğurlanması ilə gözlənilməz bir macəraya düşür.
“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.
Rəylər