“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Fantastik məxluqlar: Dambldorun sirləri” fantastik macəralı filminin nümayişi başlayır.
Filmin rejissoru: Devid Yets
Baş rollarda: Ezra Miller, Cud Lou, Eddi Redmeyn
Müddəti 155 dəqiqə. Yaş həddi 12+
Film haqqında qısa məlumat:
Professor Albus Dambldor güclü qara sehrbaz Gellert Qrin-de-Valdın dünyanı ələ keçirməyi planlaşdırdığını öyrənir. Onu təkbaşına dayandıra bilməyəcəyini başa düşən Dambldor maqzooloq Nyut Salamanderdən görkəmli sehrbazlar komandasına və bir cəsur maql-çörəkçisinə rəhbərlik etməyi xahiş edir. Onları qarşıda inanılmaz dərəcədə təhlükəli macəra gözləyir.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
IOS link
Android link
əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.