“CinemaPlus” kinoteatrlar şəbəkəsində əfsanəvi fantastikasının ideal ekranizasiyası, çoxdan gözlənilən və izləmə rekordlarını qıran “Dune” filminin nümayişi başladı.
Filmin büdcəsi 165 milyon dollar təşkil edir.
Filmin rejissoru Deni Vilnyov. Baş rollarda Ceyson Momoa, Zendeya Koulman və Timoti Şalame. Müddəti 180 dəqiqə. Yaş həddi 12+
Film haqqında qısa məlumat: Məşhur Atreydes evinin varisi Pol ailəsi ilə birlikdə Kainatın ən təhlükəli planetlərindən birinə - Arrakisə gedir. Burada qum, yandıran günəş, nəhəng bədheybətlər və qalaktikalararası qarşıdurmaların əsas səbəbi Melanj adlı inanılmaz qiymətli bir qaynaqdan başqa heç nə yoxdur... Hakimiyyətin ələ keçirilməsi nəticəsində Pol qaçmaq və gizlənmək məcburiyyətində qalır və bu onun epik səyahətinin başlanğıcı olur.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.