Noyabrın 24-də və 25-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Lamborgini: Əfsanə adam” və digər filmlərin siyahısını təqdim edirik:
“CinemaPlus” kinoteatrlar şəbəkəsində noyabrın 24-dən etibarən ABŞ və İtaliya istehsalı olan “Lamborgini: Əfsanə adam” bioqrafik dram filminin nümayişi başlayır. Süjet real hadisələr üzərində qurulub.
Filmin rejissoru: Robert Moresko.
Baş rollarda: Frenk Qrillo, Mira Sorvino, Qabriel Brin.
Müddəti 110 dəqiqə. Yaş həddi 18+
Film haqqında qısa məlumat: İtalyan lüks idman avtomobil şirkətinin qurucusu Ferruccio Lamborghini-nin həyat hekayəsi. Ferruccio karyerasına İkinci Dünya Müharibəsindən qalma hərbi texnikadan hazırlanmış kənd təsərrüfatı texnikalarının istehsalı ilə başlayıb. Daha sonra o, Lamborghini superavtomobillərinin yaradılması və realizasiyası üzərində çalışır və bu onun həyat məqsədinə çevrilir. Filmin süjeti “Lamborghini”nin yaranmasından ən azı 1970-ci illərə (yəni “supercar” ikonası Lamborghini Countach-ın təqdim olunduğu vaxt) qədər olan tarixi əhatə edəcək.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
IOS link Android link əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.