“CinemaPlus” kinoteatrlar şəbəkəsində iyunun 9-dan etibarən “İtkin” triller filmi, “Vendetta. Atlanta dəstələri” döyüş filmi və “Koşşey” animasiya filminin nümayişinə başlayır.
“İtkin” triller filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “İtkin” triller filminin nümayişi başlanılır.
Filmin rejissoru: Brayan Qudman
Baş rollarda: Cerald Batler, Ceymi Aleksander, Rassell Hornsbi
Müddəti: 110 dəqiqə
Yaş həddi: 18+
Film haqqında qısa məlumat: Uill Spen boşanmaq üzrə olduğu yoldaşını onun valideynlərinin yanına aparır. Yanacaqdoldurma məntəqəsində dayanan zaman həyat yoldaşı qəribə şəkildə, heç bir iz qoymadan yoxa çıxır. Uill yerli polisə müraciət edir və yoldaşının valideynləri ilə birlikdə onu tapmağa çalışır. Lakin zaman keçdikcə şübhə onun üzərinə yönəlir.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.