“Fortuna” əməliyyatı: Qalib olma sənəti” döyüş filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 12-dən etibarən ABŞ istehsalı olan “Fortuna” əməliyyatı: Qalib olma sənəti” döyüş filminin nümayişi başlayır.
Filmin rejissoru: Qay Riçi.
Baş rollarda: Ceyson Stethem, Obri Plaza, Coş Hartnet.
Müddəti 130 dəqiqə. Yaş həddi 18+
Film haqqında qısa məlumat: Elit kəşfiyyatçı Orson Forçen (Fortune) yeni tapşırıq alır: ölümcül silahların satışını və yayılmasını dayandırmaq. Lakin bu missiyanı təkbaşına yerinə yetirə bilməz. O, dünyanın ən yaxşı əməliyyatçıları, eləcə də bu qrup üçün inandırıcı “əfsanə”ni təmin edəcək məşhur kino aktyoru ilə bir araya gəlməyə məcbur olur. Bəşəriyyətin taleyi təhlükə altındadır və bu dəfə supercasuslar Hollivud qaydalarına uyğun oynamalı olacaqlar.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, “iOS” və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:
əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.