Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BMT İnkişaf Proqramının administratoru: “COP-29-un qarşısında konkret məqsədlər var”
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) qarşıya qoyulmuş konkret məqsədlər var”.
“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının administratoru Axim Ştayner (Achim Steiner) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun dördüncü panel müzakirəsində deyib.
“Dünya bizim görəcəyimiz tədbirləri səbirsizliklə gözləyir. Dünyada ciddi proseslər baş verir. İqlim dəyişikliyi ilə bağlı müxtəlif təşəbbüslər həyata keçirilir. Bu baxımdan, Bakıda keçiriləcək COP29 da xüsusi əhəmiyyətə malikdir. Yəni COP29-da qarşıya qoyulmuş konkret məqsədlər var”, - o bildirib.
Natiq qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə çox vacibdir: “Bu, qlobal əhəmiyyətli məsələdir. Dünyanın hər yerində oxşar problemin şahidi oluruq”.
Rəylər