Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu saxlanılıb.
Bu barədə Oxu.Az “AmurMedia”ya istinadən xəbər verir.
Xatırladaq ki, hadisə dünən səhər saatlarında Habarovskda baş verib.
Məlumata əsasən, 32 yaşlı Draçyov kafelərin birində istirahət edərkən, ona cavan oğlan yaxınlaşıb və onların arasında mübahisə başlayıb. Daha sonra kişilər küçəyə çıxıblar və artıq onların arasında mübahisə əlbəyaxa davaya keçib.
Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı saxlanılıb – VİDEO
N.О.
Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı saxlanılıb – VİDEO