Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb
Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs - 1984-cü il təvəllüdlü paytaxt sakini Fərid Bayramov saxlanılaraq Polis Bölməsinə gətirilib. Ondan güclü təsiredici maddələr olan 64 ədəd "lirika", 50 ədəd "ekstazi" həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan "banzay" aşkar olunub.
F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material Səbail Rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
"Səbail Rayon Polis İdarəsi" teqi üzrə xəbərlər
- Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib
- İran vətəndaşlarından narkotik əldə edərək satmaqda şübhəli bilinən iki nəfər saxlanılıb
- Bakıda qadına tüfənglə atəş açıldı - DETALLAR
- Restoranda 12 min manatdan çox pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
- Çimərlikdə qadın çantası oğurladı: ANBAAN GÖRÜNTÜLƏR
Rəylər