Yan
2023
00:54
29
332
6991
Virtual karabakh

Astarada 22 yaşlı oğlanın nişanlısını bıçaqlanmasının təfərrüatı məlum olub - YENİLƏNİB + VİDEO

6 Yan, 2023
00:54
6991

Astarada 22 yaşlı oğlanın nişanlısını bıçaqlanmasının təfərrüatı məlum olub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada baş verən bıçaqlanma hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən 22 yaşlı Mirisaq Mirtalıbovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Döyüşlər zamanı onun yaralandığı və barotravma (kantuja) aldığı deyilir.

Onun xəstəliyini bilən qız tərəfi nişanı bir neçə dəfə qaytarmaq istəyib.

Gənc oğlan axşam saatlarında qızın valideyinlərinin evdə olmadığından istifadə edərək onlara gedib.

Aralarında yaranan mübahisə nəticəsində əvvəlcə nişanlısını döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Xəsarət alan Səbinə Qənbərova xəstəxanada əməliyyat olunur.

19:58

Astarada gənc oğlan nişanlısını bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Belə ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri