Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazidə VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12