30 
Noy
2023
03:24
19
145
3170
Virtual karabakh

Gürcüstanda soydaşlarımızın yaşadığı kənddə dəhşət: Ər keçmiş arvadını ailəsi ilə birlikdə atəşə tutub - VİDEO

30 Noy, 2023
03:24
3170

Gürcüstanda soydaşlarımızın yaşadığı kənddə dəhşət: Ər keçmiş arvadını ailəsi ilə birlikdə atəşə tutub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, silahlı şəxs Cəfərovlar ailəsinə gələrək evdə olan sakinləri atəşə tutub.

Hadisəni törədən Yaqub Xeyirxəbərov Saqareco rayonunun Tüllər kənd sakinidir.

O, altı ay əvvəl boşandığı arvadının yeni ailə həyatı qurduğu Yaşar Cəfərovun evinə gələrək atəş açıb.

Bu zaman Y.Cəfərov aldığı çoxsaylı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.

Onun həyat yoldaşı isə yaralanıb.

Ölən şəxsin ailə üzvləri bildiriblər ki, Y.Cəfərov 10-dan çox güllə yarası alıb.

Şübhəli şəxsin axtarışları Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri