Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri son əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Onlardan ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3 565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb.
Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Narkotik satışında ittiham edilən tiktokerə hökm oxunub
- Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb
- Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb
- İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb
- Kolumbiyada ölkə tarixinin ən böyük kokain yüklərindən biri müsadirə edildi
Rəylər