30 
Noy
2023
14:08
47
4
1577
Virtual karabakh

Rüşvətə görə tutulan keçmiş xəstəxana direktoru ilə bağlı yenidən məhkəmə başladı

30 Noy, 2023
14:08
1577

Rüşvətə görə tutulan keçmiş xəstəxana direktoru ilə bağlı yenidən məhkəmə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Zeynalov 7 il müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilib.

Hökmdən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona CM-in 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və həmin cəzanın CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılıb. Mübariz Zeynalova verilmiş ittihamın CM-in 308.2-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilib.

Təqsirləndirilən şəxs üzərində CM-in 311.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, xəstəxana direktoru 2021-ci il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Mübariz Ağakərim oğlu Zeynalov həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri