30 
Noy
2023
21:02
9
110
1356
Virtual karabakh

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verildi

30 Noy, 2023
21:02
1356

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mahir Səmədovun (ad-soyad şərti - red.) barəsindəki hökmdən prokurorluğun verdiyi kassasiya protestinə baxılıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili İbrahim Hüseynov Oxu.Az-a məlumat verib.

Onun sözlərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, prokurorun protesti təmin edilməyib, bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən M.Səmədov barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti verib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri