Dek
2023
09:38
23
153
5069
Virtual karabakh

Bakıda yeznəsini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

3 Dek, 2023
09:38
5069

Bakıda yeznəsini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 2-də saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

08:36

Bakının Nizami rayonunda Rasim Fəxrəddin oğlu Zamanovu qətlə yetirməkdə şübhəli bilinən R.Zamanovun qayını 1980-ci təvəllüdlü Həsən Məmməd oğlu Həsrətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Xatırladaq ki, hadisə dekabrın 2-də gecə saatlarında qeydə alınıb.

05:21

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Rasim Fəxrəddin oğlu Zamanovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidməti məlumat yayıb.

Ailə üzvlərindən alınan məlumata görə, qətli R.Zamanovun qaynı törədib.

Bildirilib ki, mübahisə mülk üstündə yaranıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri