Dek
2023
14:24
42
8
968
Virtual karabakh

Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanın şikayəti təmin edilmədi

5 Dek, 2023
14:24
968

Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanın şikayəti təmin edilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevanın apellyasiya şikayəti təmin edilməyib.

Faktı “Report”a təqsirləndirilən şəxsin vəkili Günay Cəfərova təsdiqləyib.

Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.

Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, o, X.Əyyubzadə adlı şəxsi Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini yalan vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva həmin şəxsə aylıq 2500 manata yaxın maaş alacağını deyib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri