Dek
2023
13:10
64
11
1390
Virtual karabakh

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib

7 Dek, 2023
13:10
1390

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Rusiya Federasiyasında zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməlinin törədilməsində təqsirləndirilən Türkmənistan vətəndaşı Atamıradov Maqtımqulı Atamıradoviçin və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar qəsdən adam öldürmə və quldurluq əməllərinin törədilməsində təqsirləndirilən Rusiya vətəndaşı Nəsirov Sərdar Süleyman oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma əməlinin törədilməsində təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Mikailov Misir Babaqədir oğlunun barəsində çıxarılmış hökmün icrasını təmin etmək üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

M.Atamıradov cari ilin sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, S.Nəsirov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə, M.Mikailov isə bu ilin avqust ayında Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan şəxslər barəsində “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərarlar qəbul edilib və onlar bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil veriliblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri