12 
Fev
2024
11:01
29
157
2796
Virtual karabakh

Bakıda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

12 Fev, 2024
11:01
2796

Bakıda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda itkin düşən 14 yaşlı məktəbli qız tapılıb. 

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdən Oxu.Az-a verilən məlumata görə, VIII sinif şagirdi F.Z. hazırda dərsdədir.

9:34

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.

“Report” xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ev, 31A, mənzil 1-də yaşayan F.Z. fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

Bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri