22 
Fev
2024
13:44
34
21
1208
Virtual karabakh

Ali Məhkəmə yatmış qardaşları bıçaqlayan şəxslə bağlı QƏRAR VERDİ

22 Fev, 2024
13:44
1208

Ali Məhkəmə yatmış qardaşları bıçaqlayan şəxslə bağlı QƏRAR VERDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə iki qardaşı bıçaqlamaqda ittiham olunan Azər Zeynalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Azər Zeynalov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 15 ilə endirilib.

İttihama görə, təqsirləndirilən şəxs hadisəni quldurluq məqsədilə törədib. O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb. Yaralı qardaşlar xəstəxanaya yerləşdiriliblər, onların həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Azər Zeynalova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri