23 
Fev
2024
12:52
4
75
1406
Virtual karabakh

Bakıda kütləvi davada tələbəni öldürən gəncə nə qədər cəza verildi?

23 Fev, 2024
12:52
1406

Bakıda kütləvi davada tələbəni öldürən gəncə nə qədər cəza verildi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərid Əhmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində baş verib. Axşam saat 23 radələrində rayon ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Yaralılardan 18 yaşlı Nemət Həsənov çox qan itirdiyindən o, xəstəxanada dünyasını dəyişib.

Rayon prokurorluğundan verilən məlumata görə, ilkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova, mübahisəni dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə şahidi olan Mirxuda Vəliyev mətbuata açıqlamasında deyib ki, mərhum Nemət Həsənov da daxil olmaqla onlar beş nəfər olublar. Qarşı tərəfdən isə 4 nəfər gəlib. Fərid Əhmədli Orxan Hüseynovu kənara çəkib onunla sakit söhbət edirmiş. Lakin sonradan qəfil bıçaq çıxararaq Orxanı vurub.

Xatırladaq ki, qətlə yetirilən Nemət Həsənov universitetlərdən birində birinci kursda oxuyub. Faktla bağlı Fərid Əhmədli barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri