29 
Fev
2024
12:32
15
178
2099
Virtual karabakh

Qısqanc kişi arvadını uşaqlarının gözləri qarşısında öldürüb

29 Fev, 2024
12:32
2099

Qısqanc kişi arvadını uşaqlarının gözləri qarşısında öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda arvadını öldürməkdə, tanışını isə öldürməyə cəhddə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Qeyd: rəsmi məlumata əsasən, 2023-cü il iyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Nəsirəddin qızı Əliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-cı il Rüfət İlyaszadəyə müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Anar Məhəbbət oğlu Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Cinayət materiallarında qeyd edilib ki, Anar Əliyev tanışı Rüfət İlyaszadənin onun rəsmi nikah münasibətlərində olduğu arvadı Könül Əliyeva ilə sevgi münasibətlərində olmasından şübhələnib. O, qısqanclıq zəminində qisas almaq niyyəti ilə Rüfəti qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə hərəkət edərək həmin şəxsin işlədiyi Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən avtoyuma məntəqəsinə gedib. Məntəqənin istirahət otağından əldə etdiyi bıçaqla Rüfətin üzərinə hücum çəkib, arvadı ilə münasibətinin olmasını etiraf etməsini deyərək onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə yetirib. Sonra Anar avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes-Benz C220” markalı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək ərazidən uzaqlaşıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Anar Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinə gəlib Könül Əliyevanın istirahət etdiyi otağa daxil olub. O, həmin bıçaqla qadının üstünə hücum çəkib azyaşlı övladlarının gözləri qarşısında arvadına ümumilikdə 33 zərbə endirərək onu xüsusi amansızlıqla öldürüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri