29 
Fev
2024
10:18
62
3
833
Virtual karabakh

Məhkəmə atasını öldürən şəxsin şikayətini rədd etdi

29 Fev, 2024
10:18
833

Məhkəmə atasını öldürən şəxsin şikayətini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yusif Dadaşovun birinci instansiya məhkəməsinin çıxardığı qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ləğv edilib, təqsirləndirilən şəxsin cinayət işi üzrə birinci instansiya məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilən apellyasiya şikayətinin Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunub. 

İttihama görə, hadisə 20219-cu il noyabrın 15-də Gəncə şəhəri Cavadbəy Şıxlinski küçəsində baş verib. Əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Yusif Dadaşov sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovla mübahisə edib.

Mübahisə nəticəsində Yusif Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

Mübariz Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Yusif Dadaşov saxlanılıb.

İstintaq araşdırması zamanı baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oğul fəhlə, atası isə usta işləyirmiş. Mərhum evə içkili halda gələn oğluna “piyan”san, get yat, sabah işə gedəcəksən” deyib. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla Mübariz Dadaşova zərbə endirib.

İstintaq orqanı tərəfindən Yusif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkum həmin hökmdən apellyasiya şikayəti verməyib. Bir qədər sonra Yusif Dadaşov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququndan istifadə etmək əvəzinə, 4 sentyabr 2023-cü il tarixdə yenidən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət verib. Gəncə Ağır Cinayətlər Məhkəməsi təkrar olaraq vəsatətə baxıb və 29 noyabr 2023-cü il tarixli qərarla vəsatəti rədd edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri