25 
Dek
2018
09:54
115
19
4323
Virtual karabakh

“İçərişəhər” Muzey Mərkəzi yaradıldı

25 Dek, 2018
09:54
4323

“İçərişəhər” Muzey Mərkəzi yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılır ki, “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin. 

Qeyd edək ki, Novruz Məmmədovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq ­Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərarı ilə işçilərin sayı 415-dən 430-a qədər artırıb. 

Qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” yeni redaksiyada verilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimidir:

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

2. “İçərişəhər” Muzey Mərkəzi.

3. Mənzil-kommunal və Təmir Xidməti.

4. Elmi-istehsalat bərpa emalatxanası.

5. Elmi-mədəni Mərkəz.

6. Marionet Teatrı.

7. Tahir Salahovun ev-muzeyi.

8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.

9. Ənənəvi İncəsənət Mərkəzi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri