“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılır ki, “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin.
Qeyd edək ki, Novruz Məmmədovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərarı ilə işçilərin sayı 415-dən 430-a qədər artırıb.
Qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” yeni redaksiyada verilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimidir:
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).
2. “İçərişəhər” Muzey Mərkəzi.
3. Mənzil-kommunal və Təmir Xidməti.
4. Elmi-istehsalat bərpa emalatxanası.
5. Elmi-mədəni Mərkəz.
6. Marionet Teatrı.
7. Tahir Salahovun ev-muzeyi.
8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.
9. Ənənəvi İncəsənət Mərkəzi.
Rəylər