Rusiyada 43-cü Moskva Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub. Tədbirin ən maraqla gözlənilən qonağı isə “Muhteşem Yüzyıl” serialındakı “Hürrem sultan” rolu ilə tamaşaçıların qəlbini fəth edən Meryem Üzərli olub.
Bu barədə “Hello” xəbər yayıb.
Bildirilir ki, türkiyəli aktrisa “Kovan” filmini təqdim edəcək.
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, müsabiqənin münsiflərinə rejissor, operator və prodüser Briyante Mendosa rəhbərlik edir. Tədbirin açılış filmi isə Timur Bekmambetovun sovet pilotunun qəhrəmanlığına həsr olunmuş “Devyatayev” olub.
Aprelin 29-na qədər davam edəcək Moskva Film Festivalında 210 film nümayiş olunacaq. Müsabiqəyə Venesuela, Yaponiya, Çin, Almaniya, Norveç, İtaliya, Serbiya, Hindistan, İran və digər ölkələrdə istehsal olunan 14 film daxil edilib.
Yeri gəlmişkən, beynəlxalq tədbirdə daha bir xoş sürpriz də azərbaycanlı aktrisa və rejissor Könül Nağıyevanın iştirakıdır. Onun Türkiyədə çəkdiyi “Gerçek olamaz” filminin Moskvada dünya premyerası olacaq.
Filmin gələcəkdə Bakıda da nümayişi nəzərdə tutulub.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada silah yoxlanışı zamanı atışma: İki məmur həlak olub
- Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
- Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto
- Almaniyada puma təşvişi: Sakinlərə xəbərdarlıq edildi
- "AnewZ": "Auqust Hanninqin işi heç bir şəkildə Azərbaycanla əlaqəli deyil" - Video
Digər xəbərlər