28 
Okt
2021
05:38
30
74
1665
Virtual karabakh

“Dune” fantastik filminin ikinci hissəsi barədə elan verildi - FOTO/VİDEO

28 Okt, 2021
05:38
1665

“Dune” fantastik filminin ikinci hissəsi barədə elan verildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Legendary Pictures” “Dune” fantastik filminin ikinci hissəsi barədə elan verib.

Kino şirkəti bununla bağlı “Twitter” hesablarında məlumat yayıb.

“Bu, hələ başlanğıcdır... Artıq “Dune” filminə baxanlara, həmçinin yaxın günlərdə və həftələrdə baxmağa hazırlaşanlara təşəkkürlər. Yolumuza davam etməkdən məmnunuq!”, - deyə mesajda deyilir.

Film haqqında qısa məlumat: Məşhur Atreydes evinin varisi Pol ailəsi ilə birlikdə Kainatın ən təhlükəli planetlərindən birinə - Arrakisə gedir. Burada qum, yandıran günəş, nəhəng bədheybətlər və qalaktikalararası qarşıdurmaların əsas səbəbi Melanj adlı inanılmaz qiymətli bir qaynaqdan başqa heç nə yoxdur. Hakimiyyətin ələ keçirilməsi nəticəsində Pol qaçmaq və gizlənmək məcburiyyətində qalır və bu onun epik səyahətinin başlanğıcı olur.

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri