28 
İyl
2022
08:34
32
321
11757
Virtual karabakh

Bir zamanların seks-simvolu hesab olunan Hollivud ulduzu 270 kq çəkisi ilə şoka saldı - FOTO

28 İyl, 2022
08:34
11757

Bir zamanların seks-simvolu hesab olunan Hollivud ulduzu 270 kq çəkisi ilə şoka saldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı rejissor Darren Aronofskinin çəkdiyi “Balina” (“The Whale”) filmindən ilk kadrın nümayişi Brendan Freyzer pərəstişkarlarını heyrətə gətirib. Belə ki, “Cəngəllikdən Çıxmış Corc” (“George of the Jungle”), “Mumiya” (“The Mummy”) kimi filmlərindəki rolları ilə tanınan və bir zamanların seks-simvolu hesab edilən aktyor həddindən artıq kökəlmiş vəziyyətdə tamaşaçıların qarşısına çıxıb.

Freyzer filmdə piylənmədən əziyyət çəkən (270 kq) ortayaşlı Çarlini canlandırır. Sevgi macərası səbəbindən ailəsini tərk edən Çarli yeniyetmə qızı ilə münasibətləri düzəltmək üçün ümidsizcəsinə səy göstərir, günahkarlıq hissini basdırmaq üçün isə o, həddən artıq yeməyə başlayır.

Yeri gəlmişkən, Brendan bir il əvvəl də Nyu-Yorkda Tribeka Film Festivalının qırmızı xalısında görünüşü ilə pərəstişkarlarını şoka salmışdı.

Mənbə: LIFE

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri