Fev
2023
17:06
212
34
7263
Virtual karabakh

Adil Kərimli direktoru nöqsanlara görə işdən çıxarıb - RƏSMİ + YENİLƏNİB

2 Fev, 2023
17:06
7263

Adil Kərimli direktoru nöqsanlara görə işdən çıxarıb - RƏSMİ + YENİLƏNİB

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin işdən çıxarılmasına münasibət bildirib.

Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Səadət Xələfbəylinin əmək fəaliyyəti zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

14:13

Mədəniyyət Nazirliyində üç nəfər işdən çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli vəzifəsindən azad edilib.

Eyni zamanda, digər əmrlə direktorun müavini və şöbə müdiri də işdən çıxarılıblar.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri