Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Adil Kərimli direktoru nöqsanlara görə işdən çıxarıb - RƏSMİ + YENİLƏNİB
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin işdən çıxarılmasına münasibət bildirib.
Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Səadət Xələfbəylinin əmək fəaliyyəti zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.
14:13
Mədəniyyət Nazirliyində üç nəfər işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli vəzifəsindən azad edilib.
Eyni zamanda, digər əmrlə direktorun müavini və şöbə müdiri də işdən çıxarılıblar.
İlhamə Əbülfət
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Mədəniyyət naziri: "Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb"
- Adil Kərimli: "Musiqi məktəblərində çalışan müəllimlərin attestasiyası həyata keçiriləcək"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Adil Kərimlidən rəis TƏYİNATI
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ