Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olundu - EKSKLÜZİV + FOTO
Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb.
Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Mədəniyyət naziri: "Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb"
- Adil Kərimli: "Musiqi məktəblərində çalışan müəllimlərin attestasiyası həyata keçiriləcək"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Adil Kərimlidən rəis TƏYİNATI
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ