21 
Apr
2015
11:53
6
4
947
Virtual karabakh

Azərbaycan 68-ci Beynəlxalq Kann kinofestivalında iştirak edəcək

21 Apr, 2015
11:53
947

Azərbaycan 68-ci Beynəlxalq Kann kinofestivalında iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mötəbər kino tədbirində beşinci dəfə Azərbaycan pavilyonu qurulacaq.

Mayın 13-dən 24-dək keçiriləcək 68-ci Beynəlxalq Kann Kinofestivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmiz də təmsil olunacaq.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, dünyanın ən mötəbər kino tədbirindən olan bu festivalda artıq beşinci dəfə Azərbaycan pavilyonu qurulacaq. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə təqdim olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri