Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Simpsonlar”ın itkin düşən batiskafla bağlı illər əvvəl verdiyi proqnoz üzə çıxdı - FOTO
“Simpsonlar”ın 2006-cı ildə nümayiş olunan seriyasında “Titanik” gəmisinin yaxınlığında sualtı qurğunun batmasıyla bağlı proqnoza rast gəlinib.
Hekayəyə görə, Homer Simpsonun atası oğlunu özü ilə batan gəminin qalıqlarından xəzinə axtarmaq üçün dərin dəniz ekspedisiyasına aparır.
Oğul və ata batiskafla suyun altına dalırlar və gəmidə iki xəzinə sandığı tapırlar.
Lakin Homer sualtı qayıqda ilişib qalır, oksigen tükəndiyi üçün huşunu itirir və yalnız üç gün xəstəxanada qaldıqdan sonra komadan ayılır.
Xatırladaq ki, turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən “Titan” sualtı eniş aparatı iyunun 18-də, dalma başlayandan təxminən 1 saat 45 dəqiqə sonra Atlantik okeanında itib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-də 33 il yayımlanan cizgi serialı daha bir proqnozla gündəm olmuşdu. Belə ki, illər əvvəl yayımlanan serialda ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı maraqlı detal ortaya çıxmışdı.
Mənbə: Gazeta.ru
Rəylər