Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Simpsonlar”ın Trampla bağlı illər əvvəl verdiyi proqnoz üzə çıxdı - FOTO
ABŞ-nin 33 illik cizgi serialı “Simpsonlar”da yer alan daha bir maraqlı detal dünyada gündəmə çevrilib.
Cizgi filminin budəfəki proqnozu ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı olub. Belə ki, cizgi serialının 2015-ci ildə yayımlanan “Trumptastic Voyage” başlıqlı seriyasında Trampın 2024-cü il seçkilərində namizədliyini irəli sürəcəyi nümayiş olunub.
ABŞ-də keçirilən aralıq seçkilərindən sonra keçmiş prezident Donald Tramp Ağ Evə namizədliyini açıqlayıb.
2024-cü ildə keçiriləcək seçkilərdə namizədliyinə dair vaxtından tez bəyanat verən Tramp bununla bağlı tədbir təşkil edib. Tədbirdən sonra məşhur “The Simpsons” cizgi serialının prodüseri və ssenari müəllifi Al Jean sosial şəbəkədə paylaşım edib.
Jean tərəfindən paylaşılan görüntüdə serialın əsas personajlarından olan Homer Simpsonun uçuşu təsvir olunur, arxa planda isə üzərində “Trump 2024” yazılan plakat gözə dəyir.
Qeyd edək ki, məşhur cizgi film uzun illərdir öz proqnozları ilə dünyada gündəmə çevrilir.
Mənbə: “New York Post”
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp bəşəriyyət üçün ən böyük təhlükədən danışıb
- Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır
- Tramp Britaniya kralının Zelenski ilə görüşündən narazılığını bildirib
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- Trampın qolf sevgisi ABŞ-yə milyonlarla dollara başa gəlib