22 
Fev
2024
05:57
61
14
2630
Virtual karabakh

Şeron Stoun tənqidlərə tuş gəlib - SƏBƏB + FOTO

22 Fev, 2024
05:57
2630

Şeron Stoun tənqidlərə tuş gəlib - SƏBƏB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktrisası Şeron Stoun Berlin Beynəlxalq Film Festivalının qonağı olub.

Qırmızı xalçada 65 yaşlı Şeron Stoun fiqurunu vurğulayan qayışlı uzun ağ libasda görünüb. Məşhur görünüşünü qara papaq, uzun əlcək, boyunbağı, gözəl klaç və hündürdaban ayaqqabı ilə tamamlayıb. Aktrisa yenilənmiş saç rəngi ilə hər kəsin diqqətini çəkib. Şeron Stounun bu yeni saç rəngi müxtəlif sosial şəbəkələrdə tənqidlərə tuş gəlib.

“Onun alın tərəfdən saçları tökülür. Saçlarını yan tərəfə daramalıdır”, “Sarışın olsa, daha yaxşı olardı”, “Mən Şeron Stounun geyimini bəyənirəm, amma saçının rəngini yox”, “Saçları yaşlı xanıma bənzəyir, rəngi qorxuncdur”, “Şeron gözəl qadındır, amma mən onun platin sarışın saçlarını daha çox bəyənirəm”, - deyə internet istifadəçiləri şərhlərdə yazıblar.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri