28 
Fev
2024
12:52
73
219
49955
Virtual karabakh

Rafael İsgəndərov: “Rəhmətə getdi və bizi yetim qoydu” - VİDEO

28 Fev, 2024
12:52
49955

Rafael İsgəndərov: “Rəhmətə getdi və bizi yetim qoydu” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar.

Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:

“Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor və aktrisalara həsr olunur. Allah dünyasını dəyişənlərə rəhmət eləsin.

Aktyorlar evində tamaşaya dəvət olunmuşuq. Ayşadla burada cavanlığımız keçib, gözəl rollar oynamışıq. Qrim otağımızda odun sobası yanırdı. Kartofu orada bişirib yeyirdik. Yoxumuz idi, nə edək. Yaxşı vaxtlar idi. Heyif... Heyif Hüseynağa müəllimdən. Artıq o və gözəl tamaşalar yoxdur. Rəhmətə getdi və bizi yetim qoydu”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri