100% təqaüdlə karyerana prestijli ixtisaslarda başlamaq istəyirsən? - Artıq mümkündür!
“Rəqəmsal Gələcək” Təqaüd Proqramı mənə nələr qazandırır?
Bu təqaüdlə Akademiyada dörd innovativ ixtisasdan birində - 3D Dizayn, UX&UI Dizayn və yalnız BDA-da tədris olunan Advanced UX&UI və Graphic & Art Director ixtisasında 70%, 90% və ya 100% təqaüdlə təhsil alırsan.
Təqaüd Proqramı çərçivəsində Akademiyanın yeni təhsil subbrendi olan BDA Lab-da Data Science və Full Stack Proqramlaşdırma kimi yeni nəsil ixtisaslarını da tam təqaüdlə öyrənmə fürsətin var.
Təqaüd Proqramının hansı perspektivləri var?
“Rəqəmsal Gələcək” Təqaüd Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” layihəsi çərçivəsində yaradılıb. Təqaüdün ixtisasları 70-dən artıq istedadlı şəxsə sahibkarlıq, startaplar, modern innovativ və kreativ karyera yollarından birini seçməyə fürsət yaradır. Proqramın qalibləri təhsillərini dizayn sahəsi üzrə tam ixtisaslaşmış aparıcı təhsil mərkəzində - Bakı Dizayn Akademiyasında və “Microsoft”, “Unity”, “Apple”, CISCO kimi texnologiya nəhənglərinin ölkədə yeganə partnyoru olan BDA Lab-da alırlar.
Təqaüdə necə müraciət edim?
İlk mərhələdə CV və motivasiya məktubunu https://bda.edu.az/teqaud-proqrami linkindən uyğun ixtisasın müraciət bölməsinə əlavə edirsən. Növbəti addımda test imtahanı verirsən. Üçüncü mərhələdə isə Akademiya səninlə fərdi müsahibə edir. Bütün mərhələləri uğurla keçsən, “Rəqəmsal Gələcək” Təqaüd Proqramının qalibləri sırasına seçilirsən.
Təqaüd proqramı üçün qeydiyyat 15 fevral tarixinədək açıqdır. Qeydiyyatdan keçmək üçün linkə daxil ol: https://bda.edu.az/teqaud-proqrami