Azərbaycan qadınları tarixin hər yüzilliyində, istənilən sahədə özünəməxsus, əhəmiyyətli dərin iz buraxıblar. Ölkəmizin adını daima zirvəyə qaldıran qadınlarımızın bu uğurları onların mübarizliyinin bariz göstəricisidir.
“166 Yükdaşıma və Logistika” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Zədələrimiz Zəfərimizdir” adlı videoçarx hazırlayıb. Görüntülərdə qadınların mübarizə əzmi, savaşçı ruhu və zəfər eşqi ön plana çəkilərək, onların zədələnməsinin səbəbi kimi yalnız uğura gedən yolun olduğu göstərilib. Beləliklə “166 Yükdaşıma və Logistika” şirkəti qadınlara şiddətə qarşı olduğunu cəmiyyətə fərqli tərzdə təqdim edib. Sözügedən videoçarxı təqdim edirik: