Doğma Laçınımıza qayıtdığımız gün qəlbimiz isindi. “AbCon” şirkəti Laçını isitmək üçün var gücü ilə çalışdı!
Oxu.Az xəbər verir ki, 2011-ci ildə təsis edilmiş “AbCon” QSC yarandığı gündən ölkəmizin infrastruktur layihələrinin inşasında öz töhfəsini verməkdədir. Belə ki, dövlət sifarişli inzibati binaların tikintisi, yol-asfalt örtüyünün çəkilməsi, böyükdiametrli su və kanalizasiya xətlərinin, həmçinin beynəlxalq magistral xarakterli böyükdiametrli qaz və neft xətlərinin çəkilməsində “AbCon” QSC ölkədə öz sözünü demiş nadir şirkətlərdəndir.
Təcrübəli işçi və texnika bazasına sahib olan şirkət işğaldan azad edilmiş Qarabağ ərazisində Ali Baş Komandanın göstərişi ilə icra edilən infrastruktur layihələrinin icrasında iştirak etməkdən böyük məmnunluq hissi duyur və bu işlərin icrası üçün tam əzmlə iştirak edir.
“AbCon” şirkəti Laçını isitmək üçün var gücü ilə çalışıb - VİDEO
Rəylər