Xaricdən onlayn alış-veriş etməyi sevənlərin əksəriyyəti düşünür ki, ABŞ mağazalarından sifariş vermək daha rahatdır. Heç kimə sirr deyil ki, ABŞ-a məxsus elektron hipermarketlərdə və bazarlarda malların çeşidi boldur. Qiymətlər isə hazırda bir çox ölkənin bazar qiymətindən daha ucuz, demək olar ki, maya dəyərinə yaxındır.
“Qwintry” çatdırılma xidməti ilə Azərbaycan və digər ölkələrin sakinləri ABŞ saytlarından istənilən malı endirim və sürətli çatdırılma ilə sifariş edə bilərlər.
ABŞ veb-saytlarının faydaları
ABŞ-dan çatdırılma xidməti artıq çox populyardır. Bunun isə bir çox obyektiv səbəbi var. Əvvəla, birinci səbəbi, ABŞ-ın aparıcı onlayn mağazalarının çeşid üstünlüyüdür. Onlar əla keyfiyyətli geyim, ayaqqabı, aksesuarlar, məişət texnikası, elektronika, oyuncaqlar, kitablar və bir çox başqa məhsulların yüzlərlə seçimini təklif edirlər.
Qeyd edək ki, yalnız burada yaşayanlar deyil, həm də digər ölkələrin sakinləri məşhur ABŞ saytlarından alış-veriş etməyi sevirlər. Xüsusən də ABŞ-ın məşhur istehsalçılarının brend məhsullarının yüksək keyfiyyətini qiymətləndirənlər.
Həmçinin bu saytlarda həqiqətən də möhtəşəm endirimlər olur. Üstəlik, burada belə sərfəli aksiyalar təkcə “Qara cümə” günü ənənəvi satışlar dövründə deyil, il ərzində dəfələrlə keçirilir.
ABŞ-da alış-veriş etməyin ən asan yolu
ABŞ-a məxsus saytlardan qeydiyyatdan keçməyə çalışan, lakin ingilis dilini kifayət qədər bilməyənlər bir çox çətinliklərlə üzləşirlər. Təcrübəli alıcılar isə dərhal ABŞ-dan malların alınması və çatdırılmasının təşkili üzrə ixtisaslaşmış vasitəçilərə müraciət edirlər.
Bu seqmentin liderlərindən biri olan “Qwintry” 11 ildir ki, ABŞ-ın aparıcı onlayn mağazalarından alış-veriş edən Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrin sakinlərinə uğurla xidmət edir.
Burada siz saytda qeydiyyatdan keçib, alıcının ölkəsinə çatdırılmadan əvvəl bağlamaların göndəriləcəyi ünvan əldə edə bilərsiniz. Satınalma zamanı yardım xidməti sayəsində siz ABŞ saytlarından malların sifarişi və çatdırılması ilə bağlı bütün çətinlikləri sadəcə olaraq xidmət mütəxəssislərinə bildirirsiniz. Sadəcə onlara istədiyiniz malların keçid linklərini göndərərək sifarişinizi həvalə edirsiniz.