“Azərbaijan Fish Farm” ölkədə nərə balığının yetişdirilməsi, artırılması və qara kürü istehsalı üzrə ixtisaslaşmış ən böyük şirkətdir. Davamlı inkişaf prinsiplərinə riayət edərək, şirkətin flaqman məhsulu olan “Baku Caviar” Xəzər regionunda etik kürü istehsalı standartını müəyyən edib.
“Azərbaycan Fish Farm” 2024-cü il martın 10-dan 12-dək ABŞ-nin Boston şəhərində keçiriləcək ən böyük balıq məhsullarının sərgisində iştirakını qürurla elan edir.
Sərgidə şirkət ekoloji dayanıqlığı vurğulayan və təbiətə qayğı ilə kürü istehsal edən Xəzər regionunda ilk kürü brendi olan “Baku Caviar” qara kürüsünü təqdim edəcək. Satılan hər banka kürüsünə görə Xəzər dənizinə 10 nərə balığı buraxılır ki, bu da “Qırmızı Kitab”a adı düşən nərə balığının bərpasına və populyasiyasının artırılmasına mühüm töhfədir.
Sərgidə “Azərbaycan Fish Farm”ın iştirakı onun Azərbaycan kürüsünün dünya bazarında tanıdılmasında və ekoloji cəhətdən davamlı istehsalın dəstəklənməsindəki rolunu vurğulayır.
Şirkətin missiyası Azərbaycan Respublikasının Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə və Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransına ahəngdar şəkildə uyğun gəlir.
Rəylər