“AccessBank”ın və əsas səhmdarı olan Asiya İnkişaf Bankının dəstəyi ilə keçirilən və qadın sahibkarlar üçün nəzərdə tutulmuş “Access2Success” layihəsi uğurla başa çatıb.
Qadınların inkişafına yönəlmiş layihəyə qatılan 50 qadın konsaltinq, turizm, təhsil, səhiyyə, ekoməhsullar, dekor, geyim və aksesuar kimi sahələri təmsil ediblər.
5 həftə davam edən “Access2Success” layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər ölkənin ən güclü ekspertləri tərəfindən keçirilib.
Təlimin son günlərində iştirakçılar seminarlar ərzində öyrəndikləri nəzəri bilikləri gələcək bizneslərində necə tətbiq edəcəkləri barədə təqdimatlarla çıxış etdilər. Yekun tədbirə “AccessBank” rəhbərliyi, Asiya İnkişaf Bankının Azərbaycan ofisinin nümayəndələri və proqramın mentorları qoşularaq iştirakçılara bizneslərində uğurlar arzu ediblər.
Azərbaycanda mikro və orta sahibkarlığın kreditləşdirməsi üzrə lider olan “AccessBank” qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlimlərini artıq ikinci dəfə idi ki, həyata keçirirdi. Ötən ildən reallaşdırılan layihədə bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək və bu istiqamətdə Azərbaycanın biznes mühitinə dəstək olmaqdır.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
“AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.