"Acıbadem" klinikaları şəbəkəsində onurğa sağlamlığı və skolyoz üçün yeni müalicələr
Onurğa - kürək və bel bölgəsinin mərkəzi dayaq sistemidir. Onurğanın sağlamlığı sayəsində həyat keyfiyyəti yaxşılaşır, çünki onurğa xəstəlikləri bədənin gündəlik fəaliyyətinə mənfi təsir göstərir.
Ən çox yayılmış skolyoz (onurğanın ön və ya yan tərəfə əyriliyi), bel ağrısı, disk yırtığı, stenoz (onurğa kanalının daralması) və onurğa sınıqlarıdır.
Ən çox görülən onurğa xəstəliyi - skolyozdur
Skolyoz - anormal yan tərəfə əyrilik ilə xarakterizə olunan onurğa deformasiyasıdır. Onurğa adətən "S" və ya "C" şəklində əyilmiş olur. Bundan əlavə, digər formada müşahidə oluna bilər: çiyin və ya bel bərabərsizliyi, bir çiyinin digərindən yuxarı olmağı, bel və ya bel nahiyəsində çıxıntılar, duruş pozğunluğu, bel ağrısı. Skolyoz adətən uşaqlıq və yeniyetməlik dövründə aşkar olunur.
Skolyozun müalicəsi vəziyyətin ağırlığından, yaşından və digər amillərdən asılı olaraq dəyişir. "Acıbadem" klinikaları şəbəkəsində müxtəlif müalicə üsulları tətbiq olunur: monitorinq, fizioterapiya, fiksasiya və cərrahiyyə
Skolyozun cərrahi müalicəsi
Cərrahi əməliyyat onurğanı düzəltmək və sabitləşdirmək məqsədi ilə aparılır. 2012-ci ildən bəri "Acıbadem" klinikaları şəbəkəsində onurğa sağlamlığı sahəsində çalışan mütəxəssis-ortoped və travmatoloqumuz professor Dr. Ahmet Alanay, skolyozun cərrahi müalicəsi ilə bağlı qərarın yalnız cərrah tərəfindən verilməməyini düşünür. Cərrahın təcrübəsi, tətbiq olunan müalicə haqqında ədəbiyyat, xəstənin vəziyyəti, gözləntiləri və deformasiyanın xəstənin həyat keyfiyyətinə təsiri vacibdir.
Skolyozun cərrahi müalicəsinin əsas məqsədi mümkün qədər az fəqərə əməliyyat edərək əyriliyi düzəltmək və əyriliyin artmasını dayandırmaqdır. Böyüyən çubuqlar sistemi erkən skolyozun müalicəsində istifadə olunan bir üsuldur. Bu sistem onurğaya zərər vermədən əyilməyə nəzarət etməyə imkan verir çubuqlar böyüməyə davam etdikcə uzadıla bilər.
Skolyozun yeni müalicə üsulları
Yeni metodlar arasında minimal invaziv torakoskopik ön fiksasiya metodu mühüm yer tutur. Türkiyənin "Acıbadem" klinikaları şəbəkəsində ortopediya və travmatologiya sahəsində mütəxəssis professor, Dr. Ahmet Alanay ilk növbədə yeni sarğı ilə fiksasiya üsulunu tətbiq edir. Bu metod əməliyyatdan sonra sağalma müddətini qısaltmağa kömək edir. Bu üsulda, əyriliyin qabarıq tərəfində onurğanın ön hissəsində yerləşən vintlər bir-birinə bağlanır və ip şəklində qalın polyester lentlə çəkilir.
Professor Alanay skolyoz üçün ən son müalicələri də vurğulayır: onurğa naviqasiyası, neyromonitorinq və onurğanın 3D maketi. ONURĞA NAVİQASİYASI vintlərin daha etibarlı və dəqiq daxil edilməsinə imkan verir və NEYROMONİTORİNQ onurğa beynindəki sinir siqnallarının keçməsini görüntüləyərək zədələnmə riskini azaldır. ONURĞANIN 3D MAKETİ cərrahlara əməliyyatdan əvvəl deformasiyanın həqiqi ölçülərini görməyə imkan verir.
"Acıbadem" Türkiyə klinikalar şəbəkəsi müasir texnologiyalardan istifadə edərək geniş və keyfiyyətli tibbi xidmətlər ilə tanınır. Biz müalicənin hər mərhələsində sizi və yaxınlarınızı dəstəkləyərək bütün ehtiyaclarınıza həssas yanaşırıq.
"Acıbadem" Bakı nümayəndəliyi : Səməd Vurğun küçəsi, 36, telefon: (+994 12) 595-96-81
"Acıbadem" Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mkr, mənzil 15, telefon: (+994 22) 255-07-06
Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə "Acıbadem" şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.
Rəylər