“Albatros” kişi geyimi mağazaları şəbəkəsi sizə 23/24 Payız-Qış mövsümü üçün brutalizm estetikasından və bunta qarşı postmodern həvəsindən ilhamlanan yeni kampaniya təqdim edir. “Albatros” brendinin yeni fəlsəfəsi qaydaların və qadağaların yenidən nəzərdən keçirilməsi, sınanmamış dəblərin cəlbediciliyi və unudulmuş dəblərin intibahıdır.
Kampaniyamızın əsas personajı sanki post-apokaliptik ədəbiyyatın səhifələrindən çıxıb: o, istənilən sınağa hazırdır, istənilən mühitdə rahatdır və istənilən şərait onun böyüməsinə və inkişafına mane olmur. Bu keyfiyyətlər (yeni “Albatros” fəlsəfəsi kimi) təkcə personajı əhatə edən mühitin tənəzzülündə deyil, həm də onun tərzində öz əksini tapır: rahatlıq və eleqantlığın miksi, hər bir obrazın çox yönlü olması və hətta xarabalıqların ortasında belə gözəl görünmək bacarığı - bu, kişi dəbində bütöv bir sənətdir.
Hər bir kişinin qəlbinin dərinliklərində mövcud olan daxili üsyançıya uyğun gələn bir neçə obrazı diqqətinizə çatdırırıq.

“Polo Ralph Lauren” brendinin ağ cins şalvarının “HUGO” brendinin dəri gödəkçəsi ilə kombinasiyası bir bəyanatdır: siz denim və dərinin ağ-qara üsyankar estetikasında gözəl görünə bilərsiniz!

“BOSS” brendindən heyrətamiz “smart-casual” üslubunun memarlıqda “brutalizm” janrı ilə kontrastı necə də dəbli görünür!

“Y3” brendindən bayker motivləri üsyançının əbədi arxetipi üçün şübhəsiz bir metaforadır! Parlaq turşu rənglərinə təkcə şəhər qraffitilərində deyil, həm də qarderobunuzda rast gəlinə bilər.
Dünyaca məşhur premium brendlərin kolleksiyalarını kəşf edib, qarderobunuzu yeniləməyə 128 Atatürk prospekti, 26 Bakıxanov küçəsi, 6 Rəşid Behbudov küçəsi və 99 Neftçilər prospekti ünvanlarında yerləşən mağazalarımıza dəvətlisiniz!
Əlaqə: 0505208047, 0502778081, 0502554464, 0502296020