Bəylər üçün dəb yeni üfüqlərə qədəm qoyur. Kişi kolleksiyaları təqdim edən çoxsaylı brendlərdən ibarət “Albatros” mağazalar şəbəkəsi müasir trendlər və tendensiyalar ilə ayaqlaşır. İndi “Albatros” öz yeni məkanını, təzə ideyalarını, ən son kolleksiyalarını və misli görünməmiş konsepsiyasını Bakının dəbli sakinlərinin diqqətinə çatdırır. Öz açılışı ilə “Albatros” Bakıda premium kişi dəbi nişasının ön sıralarına daxil olur və bu sahədə yeni eranın başlandığını elan edir.
Yeni cərəyan başlayır. Neftçilər prospekti 99 ünvanında, “JW Marriott Absheron Baku” hotelinin birinci mərtəbəsində yerləşən ikimərtəbəli, böyük ustalıq və məharətlə işlənmiş yeni “Albatros” məkanı təkcə kişi üslubunun apofeozu deyil, həm də Bakıda futuristik minimalizm ruhunda dizayn edilmiş unikal bir məkandır.

Memarlıq üslubu vasitəsilə dəbli baxışı ifadə etmək həm də “Albatros”un getdiyi yeni yolda innovativ bir yanaşmadır. Böyük miqyaslı rasional axıcı formalar, sənaye sementinin və nəcib palıd ağacının rəng kontrastları, bol təbii işıq və geniş yayılmış dekorativ bitkiləri kişi dəbinin gələcəyidir ki, “Albatros”un vizyonunda bunlar insanın təbiətlə vəhdətini, naturalizm ilə urbanizmin kontrastını və əlbəttə ki, mükəmməl üslubu özündə ehtiva edir.
Alfan Kutval (türk əsilli katalon dizayneri) “Albatros”un atmosfer interyerinin dizaynı ideyasını verərkən Valerio Olgiati və Zaha Hadid kimi memarların əsərlərindən ilhamlanaraq təkcə “Albatros”un yaradıcı mesajını çatdırmaqla kifayətlənməyib, həm də müasir Bakının memarlıq landşaftı ilə həmahəng olan bir məkan yaradıb.


Yeni “Albatros” butiki ənənə və yenilik vəhdətinin qəsidəsidir: həmişə olduğu kimi, butik indi də dünyaca məşhur premium kişi brendlərinin ən son kolleksiyalarını təqdim edir, habelə “Ralph Lauren”, BOSS, HUGO, “Hackett London”, “Karl Lagerfeld” kimi brendlər alıcıların və ziyarətçilərin bu brendlərin özünəməxsus üslubunun abu-havasına qərq ola biləcəyi ayrıca guşələrdə yer alır.

Ənənəvi yanaşmadan isə müştərilərə fərdi yanaşma və ən yüksək səviyyəli xidmətin göstərilməsini diqqətə çatdırmaq olar. 30 ildən artıqdır ki, “Albatros” şəbəkəsi hər bir müştərinin arzularına ciddi yanaşır və kişi modası üzrə xüsusi təlim keçmiş peşəkarlar heyəti ilə dəbsevərləri sevindirir. Həmin heyət detallara və hər bir xırdalığa qarşı çox diqqətlidir. İstər qolların və şalvarların uzunluğu, istər yaxaların eni, istərsə də ayaqqabı altlığının hündürlüyü olsun, qüsursuz kişi üslubunun zəmanəti olan bu kimi xırda detallara qarşı “Albatros” işçi heyəti çox böyük diqqət göstərir.


Yeni məkanda və yeni konseptdə olan “Albatros” mağazasını Neftçilər Prospekti 99 ünvanında, “JW Marriott Absheron Baku” hotelinin 1-ci mərtəbəsində kəşf edin!
Telefon: 0502296020