Fevral ayının 23-də “Gealan” alman şirkətinin rəhbərləri - Biznesin inkişafı üzrə direktor Jaunius Sileikis, Kommersiya direktoru Paulius Aleksejevas, Marketinq və Məhsulun idarəedilməsi üzrə direktor Aleksandras Kucinskis Bakıda keçirilən tədbirdə çıxış ediblər.
“Gealan” şirkəti Almaniyada plastik profillərin istehsalı ilə məşğuldur. “Gealan” haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilib, gələcəkdə tətbiq ediləcək yeniliklərdən danışılıb.
Tədbir informativ və maraqlı anlarla dolu keçib, müştərilər aldıqları məlumatları yararlı hesab ediblər.
Tədbirdə çıxış edən “Gealan Azərbaycan”ın direktoru Kamran Hüseynov bu görüşün xoş tərəflərindən danışıb:
“Bu tip tədbirlər çox faydalıdır və əsas məqsəd əsl alman PVC profillərinin xüsusiyyətlərini insanlara çatdırmaqdır. “Gealan” tezliklə yerli bazarda böyük uğur qazanacaq. Tədbirdə iştirak edən bütün iştirakçılara təşəkkürümüzü bildiririk.
“Gealan” daim sizlərin xidmətinizdədir!”