Fevralın 22-də Bakıda yüksək keyfiyyətli və təhlükəsiz, ciddi Avropa xarakteri daşıyan avtomobil istehsalçıları arasında liderlərdən biri olan “VOLVO CARS”ın yeni diler salonunun təntənəli açılışı olub.
İsveçin lüks avtomobil markası dizayn, innovasiya və təhlükəsizlik ehtirası ilə tanınır. Şirkət 94 il əvvəl “VOLVO”nun baş qərargahının bu günə qədər yerləşdiyi Höteborqda (İsveç) yaradılmışdır.
Mövcud olduğu ilk gündən brendin fəlsəfəsi sözün əsl mənasında bütün yol istifadəçiləri üçün təhlükəsizlik qayğısı ilə doludur - məhz “VOLVO”da passiv və aktiv təhlükəsizlik sahəsində ən çox innovativ texnologiyalar işlənib hazırlanmışdır. “VOLVO” mütəxəssisləri əmindirlər ki, qabaqcıl təhlükəsizlik texnologiyaları yol qəzalarında insan amilini minimuma endirməyə kömək edir.
“VOLVO” tərəfindən icad edilmiş toqquşma xəbərdarlığı sistemləri yol vəziyyətinə tam nəzarəti təmin edir. 360 dərəcə ətrafa nəzarət funksiyasının köməyi ilə təhlükəsizlik təkcə dayanacaq halında deyil, həm də birbaşa yolda təmin edilir. Şirkətin bu və digər təhlükəsizlik funksiyaları hər il minlərlə insanın həyatını xilas edir!
İnteryerin maksimal komfortu ilə skandinav minimalizmini birləşdirən dizayna malik Volvo avtomobilləri eyni zamanda öz hibrid mühərriklərinin funksionallığı ilə ətraf mühitə atılan CO2 miqdarını və yanacaq sərfiyyatını kəskin şəkildə azaltmağa kömək edir.
Brendin əsas dəyərləri Bakıdakı sərgi salonunun dizaynında öz əksini tapıb, onun konsepsiyası “VOLVO”nun texnologiya sahəsində liderliyini vurğulayır və Avropa keyfiyyətinin çoxillik ənənələrini və innovativ ideyalarını vahid bütövlükdə birləşdirir. Qəşəng və lakonik dizayn "sakit" dəbdəbə atmosferini vurğulayır, diqqəti nümayiş olunan avtomobillərə cəmləməyə kömək edir və heyətlə müştərilər arasında asan qarşılıqlı əlaqəni təşviq edir.
Sərgi salonu şəhərin mərkəzi hissəsinin yaxınlığında, Babək prospekti 61 C ünvanında yerləşir və 650 kvadratmetr ərazini tutur. Salon yeni standartlardan ibarət məkan kimi dizayn edilib və ziyarətçilərə “VOLVO” model çeşidinin ən yaxşı nümayəndələri ilə tanış olmaq imkanı verir.
“VOLVO CARS” salonunun (https://www.volvocars.com/az/) bütün mütəxəssisləri avtomobillərin satışı və texniki xidməti ilə bağlı bütün məntəqələrdə yüksək səviyyədə xidmət göstərmək üçün təlim keçiblər. Burada onlar sizə avtomobil seçməyə kömək edəcək və bütün suallarınıza cavab verəcəklər.
Sərgi salonunun açılış mərasimində tanınmış simalar, fikir liderləri və jurnalistlər iştirak ediblər.
ARAL AUTO şirkətinin satış meneceri Fərid Hüseynovun salamlama nitqindən sonra qonaqlara XC 40, XC60 və XC90 Mild Hibrid modelləri təqdim olundu.
Yeni açılmış mərkəzdə hər kəs ən son Volvo modellərində yüksək dərəcəli təhlükəsizliklə premium sinfə xas olan rahatlığın necə cəmləndiyinə bələd ola və elə həmin anda bəyəndiyi modeli sifariş edə bilər!
Əlaqə:
012 570 11 77
051 280 29 04
051 280 29 05