“Kiçildiyinə, ləkələndiyinə görə sizi kədərləndirən geyim hansısa uşağın üzünü güldürə bilər. Ləkələrdən isə narahat olmayın! “Ariel” ən çətin ləkələri bir yumadan təmizləyir!” - “Ariel” brendi mart, aprel, may aylarında bu çağırışla böyüklərə səsləndi.
“Ariel” geyim bağışlama kampaniyasını bu il “Bazarstore” mağazalar şəbəkəsi ilə birgə təşkil edib. Üzərində “İstifadə etmədiyiniz paltarlarınızı “Bazarstore” mağazalarına gətirin, “Ariel” ilə tərtəmiz olsun, ehtiyac sahiblərində illərlə yaşasın!” yazılmış qutular 15 mağazada yerləşdirilib. 3 ay ərzində qutulara çəkisi 1 tondan ağır - 2000 ədəddən artıq paltar yığılıb.
“Geyim bağışlama kampaniyası “Ariel” brendinin dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda illərdir ki, uğurla davam etdirdiyi sosial məsuliyyət kampaniyalarındandır. Bizi bu kampaniyanı aparmağa sövq edən və ürəkləndirən məhsulumuzun verdiyi güvəndir. Bildiyiniz kimi, uşaqların aktivliyi onların geyimlərində ləkəsiz ötüşmür. Uşaq geyimlərinin istifadə müddətini tez bitirməsinə səbəb uşaqların sürətlə böyüməsindən daha çox, çətin təmizlənən ləkələrdir. Biz “Ariel”-ə güvənərək deyə bilirik ki, lazımsız hesab etdiyiniz paltarlarınızı gətirin, onları yuyub ehtiyacı olanlarda ikinci həyat bəxş edək” - “Procter & Gamble” şirkətinin Azərbaycan, Gürcüstan və Orta Asiya Respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu kampaniya barədə bildirib.
“Çağırışımıza səs verib kampaniyaya qoşulmuş, uşaqlara bizimlə birgə sevinc payı bəxş edən hər kəsə P&G ailəsi adından təşəkkür edirik” - şirkət rəsmisi deyib.
Qeyd edək ki, “Procter & Gamble” şirkətinin yuyucu toz brendi olan “Ariel” Avropada satış üzrə brend №1-dir.
“Procter & Gamble” (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.