Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropada müstəsna müştəri xidməti təklif edən "Toyota" Gəncə Mərkəzi mükafatlandırılıb
"Toyota" şirkəti Avropadakı ən müstəsna müştəri xidməti təklif edən rəsmi dilerlərdən biri olan "Toyota" Gəncə Mərkəzini mükafatlandırıb.
"Toyota" 2024 Olimpiya və Paralimpiya oyunları fonunda ən yaxşı performans göstərən 46 rəsmi dileri təbrik edib. Bundan əlavə, beş diler "Sabahın Ön xətti", "Müştəri Mükəmməlliyi", "Seçilən İşəgötürən", "Cəmiyyətə Töhfə" və "Xidmət Mobilliyi Provayderi" daxil olmaqla beş istiqamət üzrə "Daim İrəlidə" kateqoriyasında önə çıxıb.
"Ichiban" yapon dilində "bir nömrəli" deməkdir. Bu, eyni zamanda "Toyota Motor Europe"un hər il öz müştərilərinə xüsusi dəyər qatan dilerlərinə verdiyi mükafatın da adıdır.
Hər il 2500-dən çox diler "Şəhərin Ən Yaxşı Dileri" adını almaq üçün bir-biri ilə yarışır. Bu il 35 ölkəni təmsil edən 46 diler sahib olduqları "İlk öncə müştəri" düşüncəsinə görə fəxri adla təltif olunublar.
"Toyota" Gəncə Mərkəzi müştəri məmnuniyyətini ön planda tutan 46 dilerdən biri olmağı bacarıb. "Ichiban" mükafatına layiq olmaq üçün satış və satış sonrası prosedurlarda müştəri məmnuniyyətini, rahatlığını əsas tutan "Toyota" Gəncə Mərkəzi "Hər kəs üçün xoşbəxtlik" missiyasını uğurla yerinə yetirib. Müştərilərin bütün ehtiyaclarını dinləyərək onların təhlükəsiz və rahat hərəkətini ən uyğun və innovativ formada təmin edib.
"Toyota Motor Europe"un prezidenti və CEO-su Yoşihiro Nakata bildirib ki, müştəri məmnuniyyəti, keyfiyyət və innovativ həllər gətirərək "Ichiban" mükafatının qalibi olmuş 46 dileri təbrik etmək çox xoşdur:
"Onlar "Toyota"nın hamı üçün hərəkətliliyi təmin etmək düşüncəsinin əsl səfirləridirlər və müştərilərimizin müxtəlif ehtiyaclarını və gözləntilərini qarşılamaq üçün durmadan irəli addımlayıblar. "Toyota"nın Avropadakı rekord satış göstəricisinin səbəbi onlardır və mən bu gün onların nailiyyətlərini qeyd etməkdən qürur duyuram. Parisdə keçirilən Olimpiyada və Paralimpiya oyunlarında iştirak edərək biz bu diler mərkəzlərimizin təcəssüm etdirdiyi mükəmməllik, komanda ruhu və hörmətindən ilhamlanırıq. Onlar ən yaxşıların ən yaxşılarıdırlar və bizim "Ichiban"larımızdırlar".
Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Paralimpiya Komitəsinin dünya üzrə mobillik tərəfdaşı kimi "Toyota" 2024-cü il Paris Olimpiya Oyunları çərçivəsində ən mühüm illik tədbirlərindən biri olan "Ichiban Sammiti"ni təşkil edib. Dəvət olunmuş rəsmi diler mərkəzləri tamamilə dəyişdirilmiş Parisi təcrübədən keçirmək və açılış mərasimində iştirak etmək imkanı da əldə ediblər.
"Toyota" Araşdırma İnstitutunun CEO-su Dr. Gill Pratt bildirir ki, "Toyota"nın əsas məqsədi sadəcə fiziki olaraq deyil, həm də mənəvi, texnoloji olaraq istifadəçilərə mobillik təmin etməkdir:
"Biz müştərilərimizi cəmiyyətə daha çox fayda verəcək yeni üsullara qovuşdurmalıyıq ki, "Ichiban Mükafatı"nın builki qalibləri bu düşüncəni dərindən anlayır və tətbiq edirlər. "Toyota" Gəncə Mərkəzini bu uğuru münasibətilə təbrik edir daima "Ichiban" olaraq qalmasını arzu edirik".
"Toyota" Gəncə Mərkəzinin ən yaxşılar siyahısında olmasının səbəbini öyrənmək üçün rəsmi diler mərkəzinə özünüz gedə və müştəri məmnunluğunu birbaşa hiss edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, "Toyota" Gəncə Mərkəzi Gəncə-Şəmkir şosesinin birinci kilometrində yerləşir. Mərkəzi ziyarət etməzdən əvvəl (+994) 22 259 25 25 nömrəsi ilə, ya da [email protected] imeyl ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
bilərsiniz.