Ölkəmizin kiber idman üzrə GMT Esports təşkilatı növbəti böyük uğura imza atıb. Bu dəfə GMT Esports Apex Legends üzrə dünyanın ən böyük “ALGS:2022 Championship” turnirində mübarizə aparıb. Turnirin ümumi mükafat fondu 2 milyon dollar təşkil edib.
Azərbaycanı təmsil edən GMT Esports-un “Qız qalasının keşikçiləri” komandası dünyanın aparıcı kollektivləri ilə yarışda 5-ci yeri tutub. Reqlamentə əsasən beşinci yerin sahibi olan “Qız qalasının keşikçiləri” 120 min dollara sahib çıxıb.
“Qız qalasının keşikçiləri”ndə Casper “Gnaske” Præstensgaard (kapitan), Matthew “SirDel” Biggins, Maksym “Max-Strafe” Stadniuk və Beau “RamBeau” Sheidy nikli oyunçular çıxış edib.
Qazanılan yüksək nəticə münasibəti ilə GMT Esports və “Qız qalasının keşikçiləri”ni təbrik edirik, onlara gələcək yarışlarda uğurlar arzulayırıq.
“Instagram” ünvanı: gmt.gg